"Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev Misli Premyer Liqasında 200-cü oyununu keçirib.
Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXII turda "Araz-Naxçıvan"la səfər görüşünə (0:2) təsadüf edib.
O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/2016 mövsümündə "Qəbələ" forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.
Ehtiram "Kəpəz"də daha çox – 96 matça (3 qol) çıxıb. O, "Sumqayıt"da 43 (1 qol), "Qəbələ"də 35 (1 qol), "Turan Tovuz"da 26 (1 qol) oyun keçirib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC