"Kəpəz"in futbolçusu Raul İsaqov Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Presssport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, hücumçu XXXII turun "Araz-Naxçıvan"la səfər qarşılaşmasında şans qazanıb.
O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul İsaqov qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Kəpəz" səfər matçında 0:2 hesabı ilə uduzub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC