Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib

Azərbaycan I Liqasının pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.

 

Presssport.az xəbər verir ki, I Liqanın XXVII turunda səfərdə "Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.

 

Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.

 

Xaçmaz təmsilçisi cari mövsüm II Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.

 

1 matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ qazanacaq.

 

MOİK-lə qarşılaşan "Difai" kollektivi isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin ən axırıncı pilləsinə - 10-cu yerə enib və I Liqanı tərk edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC