"Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olur

UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

Presssport.az xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.

 

Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya) və "Vestri" (İslandiya) komandaları yer alıb.

 

Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC