“Zirə”nin potensial rəqibləri azaldı

"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

 

Presssport.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

 

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri artıq konkretləşib. “Qartallar"ın mümkün rəqiblərinin sayı beşə düşüb.

 

Bunlar "Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Yelimay" (Qazaxıstan), "Elbasani" (Albaniya) və "Petrovats"dır (Monteneqro).

 

Xatırladaq ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC