"Sabah" klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
Bu barədə Presssport.az-a Masazır təmsilçisindən məlumat verilib.
25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Mbina bu ilin fevralından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC