Messi altı dünya çempionatında oynayan ilk futbolçu olub

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında yeni rekorda imza atıb.

 

Presssport.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirilən oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak edən ilk oyunçu olub.

 

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kriştianu Ronaldu 22 oyunla ikinci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Messi karyerasında 8 qat "Qızıl top"un sahibdir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC