Futbol tarixində ikinci dəfə dünya çempionatının oyununda qadın baş hakim fəaliyyət göstərəcək.
Presssport.az-ın məlumatına görə, A qrupunun II turunun Çexiya - Cənubi Afrika Respublikası matçını ABŞ-dən olan Tori Penso idarə edəcək.
Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, fransalı qadın referi Stefani Frappar 2022-ci ildə gerçəkləşən mundialda Almaniya - Kosta Rika görüşündə (4:2) söz sahibi olub. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC