Mahir Emreli Kiprin APOEL klubunun təklifini qəbul etməyib

Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin kayrerasını Kiprin APOEL komandasında davam etdirmək variantı olub.

 

Presssport.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Nikosiya təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün təklif də göndərib.

 

Forvard özü bu klubda oynamaq istəməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri də dəyərləndirir.

 

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC