"İmişli" Babayevin təyinatını açıqlayıb

“İmişli” PFK-da gənc futbolçuların inkişafına yönəlmiş fəaliyyətlərin daha da gücləndirilməsi məqsədilə təcrübəli mütəxəssis Rövşən Babayev klubun Gənclərin İnkişaf Proqramının rəhbəri vəzifəsinə təyin olunub.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, uzun illər Azərbaycan futbolunda həm oyunçu, həm də məşqçi kimi fəaliyyət göstərən 50 yaşlı Babayev zəngin təcrübəyə malikdi. 

UEFA "A" kateqoriyalı məşqçi lisenziyasının sahibi olan adıçəkilən mütəxəssis müxtəlif yaş qruplarında futbolçuların hazırlanması, akademiya idarəçiliyi və peşəkar komandaların məşqçi korpusunda çalışması ilə seçilib. Babayev karyerası ərzində "Sabah", "Simurq", "İnter", "Sumqayıt", "Xəzər" və digər klublarda uğurla fəaliyyət göstərib.

O, yeni vəzifəsində klubun uşaq və yeniyetmə futbolunun inkişafı, istedadların aşkarlanması, akademiya sisteminin təkmilləşdirilməsi və gənc futbolçuların əsas komandaya inteqrasiyası istiqamətində fəaliyyət göstərəcək.

“İmişli” PFK Babayevə yeni vəzifəsi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC