Vüqar Əsgərli "Qarabağ"dan bölgə klubuna keçdi

“İmişli” PFK-da növbəti kadr təyinatı həyata keçirilib. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Vüqar Əsgərli klubun U-19 komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

UEFA Pro lisenziyasına malik olan Əsgərli Azərbaycan futbolunda həm peşəkar futbolçu, həm də məşqçi kimi uzun illər fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə “Qarabağ” FK-nın U-15, U-17 və U-19 komandalarına rəhbərlik edib, eləcə də “Şamaxı” FK-nın baş məşqçisi kimi çalışıb.

Bundan başqa, Azərbaycanın U-19 qadınlardan ibarət milli komandasının baş məşqçisi olub və ölkəmizi UEFA turnirlərində təmsil edib.

“İmişli” PFK 40 yaşlı mütəxəssisi yeni vəzifəsi münasibətilə təbrik edir, U-19 komandasının inkişafı və qarşıdakı hədəflərə çatması yolunda ona uğurlar arzulayır.

Xatırladaq ki, Əsgərli son olaraq “Qarabağ”ın akademiyasında çalışaraq U-17 komandasının baş məşqçisi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC