“İmişli”nin yeni mövsüm öncəsi heyətini möhkəmləndirmək istiqamətində yeni transferi bəlli olub.
Presssport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcovla 2+1 illik müqavilə imzalayıb. Son olaraq MOİK-in şərəfini qoruyan Seyxan Fərəcov bundan sonra “İmişli”nin formasını geyinəcək.
Bununla yanaşı, klub gənc qapıçı İmam Əli ilə də əməkdaşlığı davam etdirməyə qərar verib. Onun müqaviləsinin müddəti 2+1 il uzadılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC