Müstəqillik tariximizdə ilk dəfə Azərbaycan çempionatında oynaya-oynaya mundialda iştirak edən futbolçu - "Turan Tovuz"un panamalı müdafiəçisi Roderik Miller Kanadada Sports.az saytının baş redaktoru Anar Şabanoğluya qısa açıqlama verib.
Presssport.az xəbər verir ki, 34 yaşlı təcrübəli isim Toronto stadionunda baş tutan və Panamanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu matçdan sonra bunları deyib:
- "Turan" azarkeşlərini salamlayıram!
Demək istəyirəm ki, Dünya Çempionatının final mərhələsində Panama milli komandasının bir hissəsi olduğuma çox şadam.
Burda olmaq, tarixə düşmək və ölkəmi təmsil etmək çox qürurvericidi.
Mənim üçün "Turan Tovuz" loqosunu bütün dünyaya daşımaq çox böyük şərəfdi!
Hamıya böyük salamlarımı çatdırıram.
Sağ olun!
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC