“Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçi Yuri Vernidubla bağlı yeni müqavilənin imzalanmasından danışıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Zeynalov Müşahidə Şurası tərəfindən ukraynalı mütəxəssisə böyük dəstək verildiyini bildirib: “Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.
Xatırladaq ki, “Neftçi” 60 yaşlı Vernibubla 2 illik müddəti əhatə edən yeni müqavilə imzalayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC