“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer ukraynalı baş məşqçi Yuri Vernidubla yeni müqavilənin imzalanmasından danışıb.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəsmisi birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib: “Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba “Neftçi”dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”.
Xatırladaq ki, “Neftçi” 60 yaşlı Vernibubla 2 illik müddəti əhatə edən yeni müqavilə imzalayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC