Yeni transferdən “Qarabağ” paylaşımı: “Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”

Renaldo Sefas “Qarabağ”a transferini şərh edib.

Presssport.az xəbər verir ki, 26 yaşlı yamaykalı vinger sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnunluğunu ifadə edib.

“İlk demək istədiyim hər şeyə görə Tanrıya şükür etməkdir. Hər şeyə görə çox minnətdaram. Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”, - deyə o yazıb.

Sefas klub rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edib: “Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm. Onlar burda özümü evimdəki kimi hiss etməyimə şərait yaratdı”.

Sepas yeni komanda yoldaşları ilə görüşmək və məşqlərə başlamaq üçün səbirsizləndiyini də vurğulayıb.

Xatırladaq ki, Sefas dünən “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi ona görə onun klubu olmuş “Pari NN”ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC