“Şəfa”da yeni məşqçi təyinatı reallaşıb.
Presssport.az xəbər verir ki, uzun fasilədən sonra Premyer Liqaya geri qayıtmış klub Eyyub Əliyevlə anlaşıb.
Belə ki, o, baş məşqçi Zaur Həşimovun korpusunda yer alaraq qapıçılar üzrə məşqçi kimi çalışacaq.
Gənc mütəxəssis ötən mövsümü “Şamaxı”da keçirib. O, bölgə klubunda qapıçılar üzrə məşqçi Kamil Qafarovun köməkçisi kimi çalışıb.
Əliyev futbolçu karyerasına “Neftçi”də başlayıb. O, “Simurq”, “Kəpəz”, "Lüksel" (İsveç) klublarının və aşağı yaş qruplarından ibarət yığma komandalarımızın qapısını qoruyub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC