Messi DÇ-2026-nın qrup mərhələsinin bombardiri olub

Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin bombardiri olub.

 

Presssport.az-ın məlumatına görə, argentinalı üç oyunda 6 qol vurub.

 

Messi Əlcəzairə qarşı start oyununda (3:0) het-trik edib. Sonra Avstriyaya qarşı (2:0) oyunda iki qol vurub, həmçinin İordaniyaya qarşı 3:1 hesablı qələbədə də fərqlənib.

 

O, dünya çempionatları tarixində qrup mərhələsini 6 qolla başa vuran beşinci oyunçu olub.

 

Əvvəllər oxşar nəticələrə macarıstanlı Sandor Koçiş (7 qol, 1954), alman Gerd Müller (7 qol, 1970), fransız Jüst Fonten (6 qol, 1958) və rusiyalı Oleq Salenko (6 qol, 1994) nail olublar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC