PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/26 mövsümünün yekunları və statistik göstəricilərinə həsr olunmuş xüsusi hesabat hazırlayıb. 

Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ardıcıl 2-ci mövsüm təqdim edilən hesabatda cari mövsümün ümumi, ev-səfər turnir cədvəlləri, turlar və dövrələr üzrə tamaşaçı sayları, ən məhsuldar futbolçular, ən çox qol ötürməsi edənlər, klubların heyətləri, eyni zamanda bütün futbolçuların statistikası, komanda və oyunçuları əhatə edən bir çox önəmli göstəricilər əhatə olunub. Nəfis tərtibatda hazırlanan hesabat, həmçinin çempionatda vurulmuş qolların dəqiqə aralığı, penaltilərə aid xüsusi məlumatlar, cərimə və vərəqələrə aid rəqəmlər, son mövsümlərin müqayisəsi kimi diqqət çəkən maraqlı nüanslarla zəngindir. Bunlarla yanaşı, statistik hesabat Premyer Liqanın inkişaf dinamikasını da nümayiş etdirir.   
Onu da bildirək ki, hesabatın hazırlanmasında əsas məqsəd həm mövsümün ümumi mənzərəsini təqdim etmək, həm də futbol ictimaiyyətini əhatəli informasiya ilə təmin etməkdir. PDF formatında hazırlanan sənəd klublar, media nümayəndələri, futbolsevərlər, eləcə də “pfl.az” saytının bütün izləyiciləri üçün əlçatandır. PDF-ə baxmaq və ya yükləmək üçün saytımızın “Arxiv” bölməsinin “ölkə futbolu” altbölməsindən 2025/26 mövsümünə keçid etmək və ya aşağıdakı linkə toxunmaq lazımdır:
https://pfl.az/storage/seasons/files/6a44ad9e53fe9_1782885790.pdf

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC