“Hələ bu barədə danışmaq tezdir“.
Presssport.az xəbər verir ki, bu sözləri açıqlamasında “Araz-Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov deyib.
Bugünlərdə klubun İdarə Heyətinin iclası keçirilib. Qərara əsasən, Ceyhun Sultanov prezident vəzifəsinə təyin edilib.
O, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə”də fəaliyyət göstərib. Yeni postunda Ramin Axundovu əvəzləyən təcrübəli funksioner növbəti mövsümlə bağlı ehtiyatlı danışıb: “Qarşıya qoyulan hədəflərdən indi danışmaq bir qədər tezdir. Çünki komanda demək olar yenidən qurulur. Hazırda formalaşma dövrü gedir. Komanda tam qurulandan sonra məqsədlər barədə nəsə demək mümkündür. Bunun üçün biz hələ bir müddət də gözləməliyik“ (sportinfo.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC