Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Bakıda təşkil olunacaq cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.

Azərbaycan Cüdo Federasiyasından Presssport.az-a bildirilib ki, bununla yanaşı, yarışın rəsmi kommunikasiya kampaniyasına da start verilib və çempionatın əsas vizual konsepsiyası ictimaiyyətə təqdim olunub.

Dünya çempionatının biletlərini iTicket.az platforması (https://iticket.az/.../2026-senior-world-judo-championships) vasitəsilə onlayn, eləcə də şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündü.

Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.

Xatırladaq ki, mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC