Dünya çempionatları tarixinin ən gec qolu vuruldu

Belçika millisinin kapitanı Yuri Tilemans dünya çempionatları tarixinə düşüb.

Presssport.az xəbər verir ki, bu barədə "MisterChip" sosial şəbəkə hesabında məlumat yaılıb.

Yarımmüdafiəçi DÇ-2026-nın 1/16 finalında Seneqala qarşı matçın (3:2) 120+5-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirərək fərqlənib. 

Qolun vurulduğu an 124-cü dəqiqə 43-cü saniyəyə təsadüf edb. Bu, dünya çempionatları tarixində vurulan ən gec qol kimi qeydə alınıb.

Əvvəlki rekordlar belə idi:

120 dəqiqə 49 saniyə - Abdelmalek Cabu (Əlcəzair) (2014)

120 dəqiqə 13 saniyə - Alessandro Del Pyero (İtaliya) (2006)

119 dəqiqə 51 saniyə - Ceffri Hörst (İngiltərə) - Almaniya (DÇ-1966-nın finalı);

119 dəqiqə 23 saniyə - Devid Platt (İngiltərə) - Belçika (1990).

Xatırladaq ki, Belçika 1/8 finalda ABŞ-la qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC