Çin klubu "Turan Tovuz"un bombardirinə 120 min avro ödədi

"Turan Tovuz"un sabiq futbolçusu Runi Eva karyerasını Çin Super Liqasında davam etdirəcək. Presssport.az xəbər verir ki, Bolqarıstanın “MOİK 1948” klubunun hücumçusu "Meyçyou Hakka"ya keçib. 

Bu barədə həmin klubun mətbuat xidməti məlumat verib.

Çinlilər 27 yaşlı forvard üçün Bolqarıstan klubuna 120 min avro təzminat ödəyib. Amma legionerlə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Runi 2022/23 mövsümünü "Turan Tovuz"da keçirərək Premyer Liqada vurduğu 16 qolla onun tarixinin bombardiridi. Legioner 2023-cü ilin yayında azad agent statusu ilə keçdiyi Sofiya klubunda 8 rəsmi matçda 1 qol vurub.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC