“Məşqlərimiz davam edir. Hər bir idmançımızın özünə güvəni var. Hazırlıqlar Paris Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmağa hesablanıb".
Presssport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərə açıqlamasında deyib.
ACF rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına hazırlaşan cüdoçuların durumu barədə danışaraq bu yarışa Yay Olimpiya Oyunlarına hazırlığın bir mərhələsi kimi baxdıqlarını sözlərinə əlavə edib. Rəsullu qitə birinciliyindən gözləntilərini də söyləyib: “Səmimi deyə bilərəm ki, mükafatlardan çox komandamızın hazırlıq səviyyəsini düşünürük. Yarış başlayana qədər məşqlər davam edəcək. Ümid edirik ki, idmançılarımız ən azı ötənilki uğuru təkrarlayacaqlar”.
Xatırladaq ki, millimiz aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa çempionatında 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC