"Barselona" ekvadorlu müdafiəçi üçün hərəkətə keçdi

"Barselona" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

 

Presssport.az xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Pyero İnkapyedir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

 

"Barselona" ekvadorlu futbolçunu yanvarda transfer etmək istəyir. Kataloniya təmsilçisinin idman direktoru Deku artıq 24 yaşlı mərkəz müdafiəçisinin nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

 

Qeyd edək ki, "Arsenal" Pyero İnkapyeni 2025-ci ilin sentyabrında "Bayer"dən 40 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində 7 rəsmi matçda meydana çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC