"Çelsi"nin yarımmüdafiə xətti üçün dörd namizəd

"Çelsi" yarımmüdafiə xəttini gücləndirmək istiqamətində işlərini davam etdirir

 

Presssport.az xəbər verir ki, London klubu Premyer Liqada çıxış edən dörd gənc futbolçunu diqqət mərkəzində saxlayır. Bu barədə jurnalist Saymon Fillips məlumat yayıb.

 

"Mavilər"in potensial transfer hədəfləri siyahısına Lyuis Mayli ("Nyukasl"), Coş Kinq ("Fulhem"), Maylz Lyuis-Skelli ("Arsenal") və Harrison Armstronq ("Everton") daxildir.

 

Klub bu oyunçuların hər birinin çıxışı barədə mütəmadi olaraq hesabatlar alır. "Çelsi"nin skautları gələcəkdə transfer ehtimalını qiymətləndirmək üçün onların inkişafını izləyirlər.

 

 Lakin hazırkı mərhələdə söhbət yalnız müşahidədən gedir. Çünki heç bir konkret təklif və ya aktiv danışıqlar mövcud deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC