“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Misli Premyer Liqasının XI turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Presssport.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi. Düzdür, asan olmayacağını bilirdik. Çünki “Turan Tovuz” son zamanlar yaxşı formadadır. “Zirə” və “Sabah”a qalib gəlmişdilər, “Neftçi” ilə heç-heçə oynamışdılar. Yəni bizi çətin oyun gözləyirdi. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdıq. Təəssüf ki, alınmadı.
- “Qarabağ” artıq 3 oyundur qol vura bilmir. Bunun səbəbi nədir?
- Səbəbi dəqiq deyə bilmərəm. Qol vura bilmiriksə, deməli, nələrsə çatmır. Məşqçilər oyunları analiz edirlər. İnanıram ki, növbəti matçlarda fərqlənə biləcəyik.
- Son zamanlar az oynayırsınız...
- Mən həmişə üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm.
- “Qarabağ”ın hədəfləri dəyişməyib?
- Xeyr, hədəfimiz çempionluqdur. Düzdür, son xal itkiləri ilə işimizi çətinə saldıq. Lakin sonuna qədər döyüşəcəyik, məqsədimizdən əl çəkməyəcəyik
- Ümumiyyətlə, uğursuzluğun səbəbini konkret nədə görürsünüz?
- Əvvəldən çempionatın gərgin keçəcəyi bəlli idi. İddialıların sayı artıb. Rəqiblər güclüdür. Buna baxmayaraq, çalışacağıq vəziyyətdən çıxaq.
- Növbəti turda səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz?
- Məqsədimiz qələbədir. Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir. Futbolda belə hallar olur, bəzən nələrsə çatmır. İnanıram ki, növbəti oyunlarda istəyimizə çatacağıq (qol.az).
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC