Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.

 

Presssport.az xəbər verir ki, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq ikinci yeri tutublar.

 

Bu nəticə ilə Selcan və Maqsud qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.

 

Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medal qazanıblar.

 

Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizəni davam etdirirlər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC