Türkiyə “Fatih Karagümrük”ünün yeni baş məşqçisi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baş məşqçi vəzifəsinə Salvatore Bokkettinin təyin olunduğu açıqlanıb 39 yaşlı italiyalı mütəxəssislə artıq müqavilə imzalanıb.
Bokketti futbolçu karyerası ərzində “Milan”, “Cenoa”, “Rubin” və “Spartak”da çıxış edib. Məşqçi kimi isə İtaliyanın “Verona” və “Monza” komandalarını çalışdırıb.
Qeyd edək ki, “Fatih Karagümrük” Türkiyə 1-ci Liqasında 13 turdan sonra 16 xalla 11-ci pillədə qərarlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC