"Kəpəz" planlarını açıqlayıb - yoxlama matçı keçirəcək

"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib. 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə qüvvəsini sınayan komandamızın üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcək. 

Plana əsasən, "sarı-göylər" hazırlıq prosesi çərçivəsində yoxlama matçına çıxacaq. Belə ki, Azər Məmmədovun komandası noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq. 

Fasilədən sonra "Kəpəz" Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma publika önündə "Qarabağ"a qarşı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC