“Çox çətin rəqib idi. Düşünürəm ki, yaxşı müdafiə olunduq və hər fürsətdə əks-hücumlara çıxmağa çalışdıq".
Presssport.az xəbər verir ki, bunu “Turan Tovuz”un futbolçusu Xorxe Silva Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliyalı sağ cinah müdafiəçisi rəqibin güclü olduğunu və komandasının müdafiədə yaxşı oynadığını deyərək, bu gün göstərdikləri oyundan qürur duyduğunu da sözlərinə əlavə edib: "Ümid edirəm ki, bu cür davam edəcəyik. Belə komandaları məğlub etmək bizim üçün çox vacibdi. Bununla sübut edirik ki, biz də çempionatın ən yaxşı komandaları arasındayıq. Bu baxımdan qələbə bizim üçün böyük əhəmiyyət daşıyır”.
Xorxe növbəti oyunlara da motivasiyalı çıxacaqlarını vurğulayıb: “Hər oyuna motivasiyalı çıxırıq. İndi qarşılaşmaları bir-bir düşünəcəyik. Mövsümün sonunda isə yekun nəticəyə baxacağıq".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC