İngiltərə millisinin sabiq müdafiəçisi Konnor Koudi 33 yaşında peşəkar futbolçu karyerasını başa vurub.
Presssport.az xəbər verir ki, o, qərarını “Instagram” hesabında paylaşdığı video ilə açıqlayıb. Koudi son olaraq “Rekshem” və “Çarlton”da çıxış edib. Karyerası ərzində “Vulverhempton”, “Lester”, “Everton” və “Liverpul”da da oynayıb.
Müdafiəçi İngiltərə millisinin heyətində 10 oyun keçirib, 2020-ci il Avropa çempionatının gümüş medalını qazanıb və 2022-ci il dünya çempionatının iştirakçısı olub. O, klub səviyyəsində ümumilikdə 503 matça çıxıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC