Dizindən zədələnsə də, millidə qalır

“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai dizindən aldığı zədəyə baxmayaraq, Macarıstan millisinin düşərgəsində qalacaq.

 

Presssport.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, futbolçu tibbi müayinədən keçib. Diz bağlarının dartılması diaqnozu qoyulan Soboslainin mümkün qədər tez sıraya qayıtması üçün millinin tibbi heyəti çalışacaq.

 

Bununla belə, kapitanın qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyi ilə bağlı qərarın son ana saxlanılmayacağı bildirilib.

 

Qeyd edək ki, Macarıstan millisi noyabrın 14-də UEFA Millətlər Liqasında Gürcüstan, noyabrın 17-də isə Şimali İrlandiya ilə qarşılaşacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC