Almaniya millisinə çağırıldı

“Leyptsiq”in müdafiəçisi Ridle Baku Almaniya millisinin qarşıdakı Millətlər Liqası oyunları üçün heyətinə dəvət alıb.

 

Presssport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı futbolçu yığmanın heyətində Dortmund “Borussiya”sının müdafiəçisi Valdemar Antonu əvəzləyib.

 

Baku cari mövsümdə 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Anton isə 16 matçda iştirak edib və 1 qol ötürməsi ilə yadda qalıb.

 

Qeyd edək ki, Almaniya millisi noyabrın 13-də Serbiya, noyabrın 16-da isə Niderlandla qarşılaşacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC