“Barselona” və Braziliya Futbol Konfederasiyası Rafinyanın zədələnmə riskini azaltmaq üçün onun meydanda keçirəcəyi vaxtı birgə tənzimləyəcək.
Presssport.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Tərəflərin əsas məqsədi braziliyalı hücumçunun ardıcıl üçüncü dəfə zədələnməsinin qarşısını almaqdır.
Qeyd edək ki, Rafinya sentyabr və oktyabr aylarında millinin oyunlarından sonra sağ ayağının arxa əzələsindən zədə alaraq “Barselona”ya qayıdıb. Bu səbəbdən klub prezidenti Joan Laporta milli komandaların oyunları üçün fasilənin uzadılmasını tənqid etmişdi.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti isə Rafinyanı noyabrda Yaponiya (14 noyabr) və Sinqapura (17 noyabr) qarşı keçiriləcək yoldaşlıq oyunları üçün heyətə dəvət edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC