Qadın voleybolçulardan ibarət “Turan” klubu tarixi uğura imza atıb. Təmsilçimiz CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın “Maritsa Plovdiv” komandasını məğlub edərək tarixində ilk dəfə bu mötəbər turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, qələbədən sonra “Turan” VK-nın prezidenti Həsən Zeynalov jurnalistlərə təəssüratlarını bölüşüb:
“Qrupdakı rəqiblərimiz dünya voleybolunun nəhəngləridir. Heyətləri olduqca güclüdür, illərdir çempionluqlar yaşayır, pley-off və “Dördlər final”ında mübarizə aparırlar. Lakin biz qrup mərhələsinə sadəcə qatılmaq xatirinə gəlməmişik. Uğurlu nəticə üçün sonadək döyüşəcəyik. Rəqiblərin nüfuzu bizi çəkindirmir. Komandama da hər zaman vurğulayıram: işimiz nə qədər çətin olsa da, mümkünsüz heç nə yoxdur”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC