Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər

FİFA prezidenti Canni İnfantino 2027-ci ilin yanvarında ABŞ Konqresində ifadə verməyə çağırıla bilər.

 

Presssport.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, buna səbəb FİFA ilə ABŞ Prezidenti Donald Tramp arasındakı əlaqələrlə bağlı aparılan araşdırmadır.

 

Araşdırmaya konqresmen Ceymi Raskin rəhbərlik edir. Demokratlar seçkilərdə qalib gələrsə, o, Nümayəndələr Palatasının Hüquq Komitəsinin rəhbəri olacaq və İnfantinonu ifadə verməyə çağırmaq səlahiyyəti qazanacaq.

 

Araşdırmada FİFA-nın “Trump Tower”də ofis icarəyə götürməsi, Trampa təşkilatın ilk Sülh Mükafatının təqdim olunması və İnfantinonun şəxsi evində çalışan işçinin iş icazəsi ilə bağlı məsələlər araşdırılır. FİFA isə hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib.

Bundan başqa, dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı ləğv edilən layihə də diqqət mərkəzindədir. Məlumata görə, layihədə Cared Kuşnerin qardaşı Coşua Kuşnerin şirkətinin iştirakı nəzərdə tutulub. Kuşner qardaşları da yanvarda ifadə verməyə çağırıla bilərlər.

 

Qeyd edək ki, 2016-cı ildən FİFA-ya rəhbərlik edən İnfantino 2027-ci ildə yenidən prezidentliyə namizəd olmağı planlaşdırır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC