Millinin 5 futbolçusu cəzalana bilər

Niderland millisinin beş futbolçusu UEFA Millətlər Liqasında Yunanıstanla qarşıdakı oyunda sarı vərəqə alsalar, Almaniya ilə sonuncu qrup matçını buraxacaqlar.

 

Presssport.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

 

Yan-Pol van Heke, Kuinten Timber, Yurrien Timber, Noa Lanq və Tixani Reynders cəzalanma təhlükəsi ilə üzləşib. Komandanın kapitanı Vircil van Deyk də bu risk altındadır, lakin zədə səbəbindən Yunanıstanla görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, UEFA qaydalarına əsasən, iki sarı vərəqə bir oyunluq cəza ilə nəticələnir.

 

 Vərəqələr yalnız 1/4 final mərhələsindən əvvəl sıfırlanır.

 

Qeyd edək ki, Niderland millisi 4 oyundan sonra 8 xalla B qrupunda liderdir. Eyni xala malik Yunanıstan ikinci, 5 xalı olan Almaniya isə üçüncü pillədə qərarlaşıb. Serbiya isə hələ xal qazana bilməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC