Yeni rekord olacaq: Bütün biletlər satıldı!

Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb.

 

Presssport.az xəbər verir ki, bu haqda "Kəpəz"in saytı məlumat yayıb.

 

Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda təşkil olunacaq matçda mövsümün yeni rekordunun qeydə alınacağını gözlənilir.  Məlumata görə, hazırda nə onlayn platformada, nə də fiziki kassada bilet qalıb. 

 

Bununla əlaqədar olaraq, Gəncə şəhər stadionunun kassaları  qarşıdakı günlərdə bağlı olacaq. 

 

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" görüşü noyabrın 22-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC