Azərbaycan cüdoçusu Ramazan Əhmədov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.
Presssport.az-ın məlumatına görə, +100 kq çəki dərəcəsində yarışan idmançı finalda türkiyəli İbrahim Tataroğluna uduzub.
Bu, Azərbaycan cüdoçularının turnirdəki üçüncü medalı olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC