“Belə hallara yol vermək olmaz”

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Şamaxı"ya  qalib gəldikləri matç (2:0) haqda fikirlərini bölüşüb.

 

Presssport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o, qarşılaşmanın çətin keçdiyini, lakin qələbədən məmnun qaldığını bildirib:

 

“Gözlədiyimiz kimi, ağır oyun oldu. “Şamaxı” bu mövsüm daha aqressiv komandadır. Liderlərə qarşı keçirdikləri oyunlar da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdür, səhvlərimiz də oldu. Amma istənilən halda, qələbə yaxşıdır. Azlıqda qalandan sonra futbolçular xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir”.

 

Mütəxəssis Xorxe Silvanın qırmızı vərəqə almasına da münasibət bildirib:

 

“Bu, yolverilməzdir. İstənilən halda, həmin epizod oyunumuzun gedişinə təsir edəcəkdi. Birinci hissədə İbrahima Vadjiyə qarşı təxribat olmuşdu. Belə hallara cavab vermək olmaz”.

 

Berdiyev Joarlem Santosun səhhəti ilə bağlı suala isə belə cavab verib:

“Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC