Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan kuboku keçiriləcək.

 

Bu barədə Presssport.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) mətbuat xidmətindən bildirilib.

 

Gənclər və İdman Nazirliyi və ASTF-nin təşkil etdiyi yarışda paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları bacarıqlarını göstərəcəklər.

 

Noyabrın 23-də Şüa İdman Sağlamlıq Kompleksində start götürəcək turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər məlum olacaq.

 

Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçiriləcək yarışa noyabrın 26-da yekun vurulacaq.

 

Qeyd edək ki, yarışda fərqlənən idmançılara nazirliyin diplom və medalları, federasiyanın mükafatları təqdim olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC