"Qəbələ" səfərdə "Şəfa"nı məğlub edib

Azərbaycan Premyer Liqasının XII turunda daha bir görüş keçirilib.

 

Presssport.az-ın məlumatına görə, "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib.

 

"SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

 

Bölgə təmsilçisinin heyətində 59-cu dəqiqədə Şahin Şahniyarov, 90+2-ci dəqiqədə isə Meşak Uboçioma fərqləniblər.

 

Bu nəticədən sonra "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik Bakı klubu isə 11-ci yerdədir.

 

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"a (5:1), "Turan Tovuz" isə "Şamaxı"ya (2:0) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC