Azərbaycan cüdoçusu Davud Namazlı gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Davud Namazlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

 

Presssport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda görüşdə Nikoloz Zaalişviliyə (Gürcüstan) qalib gəlib.

 

Bu Azərbaycan cüdoçularının yarışda əldə etdiyi ikinci medal olub. Daha əvvəl Məhəmməd Musayev (66 kq) də bürünc mükafata sahib çıxıb.

 

Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC