Almaniyalı yarımmüdafiəçi Premyer Liqa klubunda qalacaq

İngiltərənin "Brayton" klubu yarımmüdafiəçi Paskal Qrossun müqaviləsinin müddətini artırıb.

 

Presssport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Almaniya milli komandasının sabiq üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, "Brayton" Paskal Qrossu bu ilin yanvarında "Borussiya"dan 2 milyon avroya transfer edib. 35 yaşlı futbolçu cari mövsümdə "qağayılar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC