"Şəfa" Misli Premyer Liqasının XII turunda "SOCAR Polymer Arena"da "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.
Presssport.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda geniş danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdəcə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. "Qəbələ" bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı.
- Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsüz?
- Şikayət etməyi sevmirəm. Amma görürsüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC