10-cu dəfə Braziliya çempionu oldular

Braziliya A Seriyasının qalibi bəlli olub.
 
Presssport.az xəbər verir ki, "Flamenqo" çempionatın 36-cı turunda səfərdə “Palmeyras”la 1:1 hesablı heç-heçə edərək sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Görüşdə hesabı 11-ci dəqiqədə "Palmeyras"dan Con Arias açıb. 75-ci dəqiqədə isə Samuel Lino "Flamenqo"nun bərabərlik qolunu vurub.
 
Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Flamenqo” ən yaxın izləyicisi “Palmeyras”ı 6 xal qabaqlayır. 
 
Beləliklə, “Flamenqo” ardıcıl 2-ci, ümumilikdə 10-cu dəfə Braziliya çempionu olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC