“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb

“Real” (Madrid) bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb.

 

Presssport.az xəbər verir ki, Joze Mourinyonun komandası La Liqanın 13-cü turunda “Selta”nı 2:1 hesabı ilə məğlub edib.

 

Bu qələbəyədək komanda ölkə çempionatında daha 5, UEFA Çempionlar Liqasında isə 3 dəfə qalib gəlib.

 

Qeyd edək ki, “Real” sonuncu dəfə belə uğurlu seriyaya 2022/2023 mövsümünün əvvəlində imza atıb. Həmin vaxt Karlo Ançelottinin rəhbərlik etdiyi komanda da ardıcıl 9 qələbə qazanıb. 2021/2022 mövsümünün son matçını da nəzərə alsaq, madridlilərin seriyası 10 oyuna çatıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC