Premyer Liqa: "Kəpəz" evdə "Qarabağ"la heç-heçə edib

Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edib.

 

Presssport.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

 

Görüşdə cari mövsümün azarkeş rekordu qırılıb və matçı tribunadan 16 minə yaxın azarkeş izləyib.

 

"Qarabağ" 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Kəpəz" isə 18 xalla altıncıdır.

 

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" "Şəfa"nı (2:0), "Neftçi" isə "Araz-Naxçıvan"ı (3:1) məğlub edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC