Poçettinodan köməkçilərinə ingilis dili tələbi

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino əsasən ispandilli köməkçilərindən klubda ingilis dilində ünsiyyət qurmağı tələb edib.

 

Presssport.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

 

Argentinalı mütəxəssis özü də klubun müxtəlif əməkdaşları ilə ingilis dilində ünsiyyət qurur və köməkçilərindən də eyni qaydaya əməl etmələrini istəyir.

 

Anonim mənbə Poçettinonun nüfuzu və xarizması ilə komandada xüsusi təsirə malik olduğunu bildirib. Futbolçular onun İngiltərə Premyer Liqasında böyük təcrübəyə sahib olduğunu bilirlər.

 

Qeyd edək ki, Poçettino bu gün, noyabrın 22-də Premyer Liqanın 11-ci turunda “Liverpul”la oyunda “Mançester Yunayted”in baş məşqçisi kimi debüt edəcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC